Şahmat üzrə kişilər və qadınlar arasında Bakı çempionatının qalibləri müəyyənləşir
Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında Bakı çempionatı start götürüb.

Kişilərin yarışında 36, qadınların mübarizəsində isə 8 zəka sahibi çıxış edir.

Oktyabrın 23-də başa çatacaq seçmə çempionatın əsasnaməsinə görə, kişilərin turnirində ilk 5 yeri tutan şahmatçı Azərbaycan çempionatının birinci dəstəsində, qadınlar arasında isə qızıl medal qazanan idmançı ölkə birinciliyində iştirak hüququ əldə edəcək.

Kişilər arasında yarış İsveçrə sistemi üzrə 9, qadınların mübarizəsində isə dairəvi sistem üzrə 7 turdan ibarətdir.

Xəbər 713 dəfə oxundu.