Veteran atletletlərimiz vətənə medalla qayıdıblar
1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib. Azərbaycanı təmsil edən veteran atletlərimiz bu mötəbər yarışlardan yüksək nəticələr əldə edərək vətənə qayıdıblar.

Bunyatova Tamilla nizə atma növündə yarışlarının qalibi olub. Menyayev Albert yadro itələmə - şüvüllə tullanma növlərində ikinci yerə layiq görülüb. Digər veteran atletimiz Sadıqov Sadıq 800-1500 metr qaçış məsafələrində ikinci yer tutaraq yarışların gümüş medallarına layiq olub.

Beləliklə, üç veteran atletimiz ümumilikdə 1 qızıl və 4 gümüş meddalla vətənə qayıdıblar.

Xəbər 898 dəfə oxundu.