Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb
Yunanıstanın paytaxtı Afinada veteran güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan pəhləvanları daha bir medal qazanıb. Bu, sərbəst güləş yarışlarında 69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılovdur.

O, ABŞ və Macarıstandan olan rəqiblərini üstələsə də, finalda Gürcüstan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın veteran güləşçiləri sərbəst güləş yarışlarında qazandığı medalların sayını 4-ə çatdırıb. Buna qədər İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) bürünc medal qazanıb.

Xəbər 617 dəfə oxundu.