Bu gün ​Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək. Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Çempionatın autsayderi "Rəvan" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Qarşılaşma "Bayıl Arena"da baş tutacaq. Komandalar bugünədək 8 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-i gəncəlilərin qələbəsi ilə yekunlaşıbsa, 3-də "Rəvan" meydanı qalib tərk edib. Paytaxtda keçirilmiş 4 oyunda bərabərlik qeydə alınıb. Meydan sahibləri və qonaqlar hərəyə 2 dəfə qələbə qazanıb.

Son turda doğma azarkeşlər önündə "Sumqayıt"ı (3:1) məğlub edən Şahin Diniyevin rəhbərlik etdiyi komanda bu gün 3 xal qazanacağı təqdirdə, aktivində 11 xal olacaq

Nəticədə komanda turnir cədvəlində "Neftçi"ni ən azı bir günlük 2 xal qabaqlayaraq, 5-ci pilləyə yüksələcək. Turnir cədvəlinin sonuncusu "Rəvan" isə qələbə sayəsində 8-ci pilləyə qədər yüksələ bilər.

20:30. "Rəvan" – "Kəpəz"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "Bayıl Arena"

Qeyd edək ki, turun digər qarşılaşmaları 17-18 oktyabrda keçiriləcək.

Xəbər 726 dəfə oxundu.