Nepal yığmasının ​5 futbolçusu danışılmış oyuna görə həbs edilib
Nepal polisi ölkə yığmasının sabiq və hazırda komandada çıxış edən 5 futbolçusunu həbs edib. Onlar danışılmış oyunların iştirakında şübhəli şəxs qismində saxlanılıblar.

Tutulanlar kapitan Saqar Thapa, vitse-kapitan Sandip Rai, qapıçı Riteş Thapa, millinin sabiq müdafiəçisi Bikaş Sinq Çhetri, eləcə də adı açıqlanmayan keçmiş futbolçu və məşqçidir. Tutulanlar 2008-ci ildən nəticəsi əvvəlcədən danışılmış oyunlar keçirməkdə ittiham olunurlar. Onlar danışılmış oyunlara görə yerli və xarici bukmeyker kontorlarından bonus alıblar.

Xəbər 690 dəfə oxundu.