Azərbaycan millisinin kapitanı UEFA-nın siyahısında yer alıb
UEFA “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində meydanda daha çox vaxt keçirən futbolçuların siyahısını açıqlayıb.

21 futbolçudan ibarət siyahıya Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov da daxil edilib.

“Qarabağ” klubunun şərəfini qoruyan təcrübəli müdafiəçi “H” qrupu çərçivəsindəki 10 oyunun hamısında iştirak edib və onların heç birində əvəzlənməyib. Bununla da R.Sadıqov ümumilikdə 900 dəqiqə meydanda olub.

Xəbər 718 dəfə oxundu.