Bakıda kempo döyüş növü üzrə Avrasiya çempionatı keçiriləcək
Oktyabrın 16-dan 18-dək Şağan Olimpiya İdman Kompleksində kempo döyüş növü üzrə Avrasiya çempionatı keçiriləcək.

Çempionatda Azərbaycan millisi ilə yanaşı, Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan , Qazaxıstan, Rusiya, Macarıstan, Rumıniyadan idmançılar iştirak edəcəklər.

Turnir ilk dəfə olaraq Azərbaycanda keçirilir. Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq.

Xəbər 663 dəfə oxundu.