Su İdman Növləri Federasiyasının yeni vitse-prezidenti də təyin olunub
Azərbaycan Su İdman Növləri Federasiyasının icrayyə komitəsinin iclası keçirilib.

İclasda fəaliyyət planı və görüləcək işlər müzakirə olunub. İclasda Azərbaycan Su İdman Növləri Federasiyasının yeni vitse-prezidenti də təyin olunub. Bu vəzifəyə Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov təsdiq edilib.

İcrayyə komitəsinin iclasında federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı-2015 Avropa oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər.

Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib, müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.

Xəbər 609 dəfə oxundu.