“Azərreyl” İsveçrə klubunu məyus edə biləcəkmi?
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək. İdman.com.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu yarışında mübarizə aparan Bakının “Azərreyl” klubu Sürixdə “Volero”nun qonağı olacaq.
Mütəxəssislərin rəyinə görə, cütün aşkar favoriti “dəmiryolçular”dır.

1 fevral
1/8 final mərhələsinin ilk oyunu

23:15. “Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan)
Hakimlər: Silvian Lungi (Rumıniya), Fabrise Kollados (Fransa)

Xəbər 919 dəfə oxundu.