Azərbaycanlı baş məşqçi Avropa Atletika Konvensiyasında iştirak edəcək
Oktyabrın 16-dan 18-dək İsveçrənin Lozanna şəhərində Avropa Atletika Konvensiyası keçiriləcək.

Konvensiyada Azərbaycan Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə iştirak edəcək.

Tədbirdə 2016-cı ildə nəzərdə tutulan yarışların təqvim planı müzakirə ediləcək, Avropa Atletika federasiyalarının rəhbərlərinin forumu keçiriləcək. Konvensiyada, həmçinin 2015-ci ilin ən yaxşı idmançısı seçiləcək.

Xəbər 794 dəfə oxundu.