Neftçi forvardını itirdi
"Neftçi" Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı oyun öncəsi ciddi itki ilə üzləşib. Paytaxt klubunun ispaniyalı hücumçusu Anyete son məşqlərin birində zədələnib.

Bu üzdən də o, böyük ehtimalla qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Anyete ilə yanaşı, "Qəbələ" ilə görüşü hələ 6-cı tur çərçivəsində keçirilmiş "Qarabağ"la oyunda sıradan çıxan Araz Abdullayev də buraxmalıdır.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı oktyabrın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Xəbər 655 dəfə oxundu.