UEFA AFFA əməkdaşları üçün seminar keçirdi
Oktyabrın 13-dən etibarən AFFA-nın inzibati binasında UEFA-nın maliyyə dəstəyi ilə təşkil olunmuş, AFFA-nın müxtəlif şöbələrinin əməkdaşlarının iştirak etdiyi seminar keçirilib. UEFA, müxtəlif milli assosiasiyalar və tanınmış futbol klubları ilə əməkdaşlıq edən “Seven League” şirkətinin nümayəndəsi Con Fordun rəhbərlik etdiyi seminarda məzmun planlaşdırılması mövzusunda məşğələlər aparılıb. Seminara bu gün yekun vurulub.

Xəbər 651 dəfə oxundu.