“Şahdağ” Azərbaycan Kuboku yarışlarında mübarizəni dayandırdı
Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Kuboku yarışlarında mübarizəni 1/16 final mərhələsində dayandırıb.

Qusarlılar oktyabrın 14-də Şövkət Orduxanov adına Qusar şəhər stadionunda “Şəmkir” kollektivi ilə qarşılaşıb. Meydan sahiblərinin zəif təsir bağışladığı matçda hesabı 34-cü dəqiqədə “Şəmkir” klubunun oyunçusu Bəhruz Teymurov açıb. Oyunun 69-cu dəqiqəsində Əziz Hüseynov, sona 3 dəqiqə qalmış isə Şıxqayıb Şıxqayıbov “Şahdağ”ın qapısına yol tapmağı bacarıb. Son dəqiqədə meydan sahiblərinin təsəlli qoluna imza atan İlqar Səmədov yekun hesabı müəyyənləşdirib.

Doğma meydanda 1:3 hesabı ilə məğlub olan qusarlılar Azərbaycan Kuboku uğrunda mübarizəni erkən dayandırıblar.

Xəbər 667 dəfə oxundu.