184 şahmatçı blits üzrə dünya çempionu adı uğrunda mübarizə aparır
Berlində sürətli şahmat və blits üzrə dünya çempionatında proqramın birinci hissəsi başa çatıb. Norveçli Maqnus Karlsen rapid üzrə yarışda öz çempion adını inamla müdafiə edib. O, 15 turda bir dəfə də olsun uduzmayıb.

Berlində blits üzrə dünya çempionatı start götürüb.

Bu çempionatda 184 şahmatçı, o cümlədən 152 qrossmeyster iştirak edir. On bir tur bu gün, qalanları isə oktyabrın 15-də keçiriləcək. Turnir İsveçrə sistemi üzrə 21 turda keçiriləcək.

Turnirin reytin- favoriti əvvəlki kimi norveçli qrossmeyster Maqnus Karlsendir. Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədova, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Məmmədov və Zaur Məmmədov təmsil edirlər.

Xatırladaq ki, Maqnus Karlsen hazırda klassik, rapid və blits üzrə dünya çempionudur.

Xəbər 691 dəfə oxundu.