Neftçi Dəri top turnirində ardıcıl ikinci qələbəsini qazandı
“Neftçi” PFK-nın U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirində ardıcıl ikinci qələbəsini qazanıb. Bu gün baş tutmuş qarşılaşmada "ağ-qaralar" “Puls” (Yakutsk, Rusiya) klubunu 2:1 hesabı ilə məğlub edib.

"Neftçi"nin heyətində Musa Qurbanlı və Ramin Nəsirli fərqləniblər. “Neftçi” B qrupundakı üçüncü oyununu sabah “Spiru Xaret” (Kişinyov, Moldova) komandasına qarşı keçirəcək.

Xatırladaq ki, yeniyetmə futbolçularımız turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubuna 3:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 645 dəfə oxundu.