Cüdo üzrə Bakı şəhər açıq çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo üzrə açıq şəhər çempionatı keçirilib.

Bakı İdman Sarayında qalib adı uğrunda müxtəlif çəki dərəcələri üzrə 219 idmançı iştirak edib. Gərgin idman mübarizə şəraitində davam edən çempionatda kişilər arasında fəxri kürsünün ən yüksək pilləsinə Arif Şahlarov (60 kq), Elnur Əhmədov (66 kq), Elvin Mustafayev (73 kq), Elvin Əhmədli (81 kq), Fərid Allahverdiyev (90 kq), Murad Rəcəbli (100 kq) və Fuad Allahverdiyev (+100 kq) qalxıblar.

Qadınların yarışında isə qızıl medallara Şəfəq Məmmədova (52 kq), Günel Bəkirzadə (57 kq), Nərgiz Hacıyeva (63 kq), Validə Mirzəzadə (70 kq), Günay Alməmmədova (78 kq) və Şəms Əhmədova (+78 kq) layiq görülüblər.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.


Xəbər 723 dəfə oxundu.