Fluminense rəsmisi Bakcell Arenaya baş çəkib
“Neftçi” PFK-nın dəvəti ilə Bakıda səfərdə olan Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teşeyra bu komandanın ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya baş çəkib. Brazliyalı qonaq stadionun ərazisini gəzərək, buradakı şəraitlə tanış olub.

Qonağa arenanın SKY Box, VİP və Media sektorları göstərilib. Daha sonra M.Teşeyra “Bakcell Arena”nın Mətbuat zalı və digər inzibati otaqları ilə tanış olub, ona stadion haqqında ətraflı məlumat verilib. Stadionun müasir tələblərə uyğun şəkildə inşa etdirildiyini deyən qonaq, futbolun inkişafı üçün belə arenaların onəmini diqqətə çatdırıb.

“Bakcell Arena” ilə tanışlıqdan sonra M. Teşeyra “Neftçi” PFK-nın nümayəndələri ilə birgə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna yollanıb. Braziliyalı qonağa “Neftçi” PFK-nın yeni təlim-məşq bazasının burada inşa etdiriləcəyi ilə bağlı məlumat verilib.

Xəbər 673 dəfə oxundu.