Hücumçumuz artıq Yapon klubunun düşərgəsindədir
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova artıq yeni klubuna qoşulub. Hücumçumuz şərəfini qoruduğu Yaponiyanın "Toyoto Queenseis" klubunun düşərgəsindədir.

Bir neçə gün əvvəl Yaponiyaya yollanan voleybolçumuz klub tərəfindən təşkil olunmuş qarşılanma tədbirində iştirak edib. Tədbirə komandanın prezdienti və bütün rəhbər adamlar qatılıblar.

Qeyd edək ki, ötən mövsüm Koreyanın "Hyundai" klubunun formasını geyinən Polina yerli çempionatda bürünc medal qazanıb.

Xəbər 875 dəfə oxundu.