Sərbəst güləşçilər bu dəfə Qitələrarası Kubok uğrunda yarışacaq
Oktyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 11 güləşçimizin iştirakı planlaşdırılır. Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi 65 kq), Coşqun Əzimov, Emin Əzizov (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (hər ikisi 86 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, 17 oktyabrda 57, 65, 74 və 97 kq, oktyabrın 18-də isə, 61, 70, 85 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 650 dəfə oxundu.