Azərbaycan kuboku: ilk oyunlar (YENİLƏNİR)
Bu gün Azərbaycan kubokunda 1/16 final mərhələsinin oyunlarına start veriləcək.

Bu mərhələnin hər üç oyunu eyni gündə baş tutacaq.

Birinci divizion təmsilçilərinin iştirakı ilə keçiriləcək 1/16 final mərhələsində cütün taleyi bir oyundan ibarət olacaq. Bu gün qələbə qazanacaq komanda 1/8 finala yüksələcək.

Qeyd edək ki, MOİK – “Turan Tovuz” cütünün qalibi növbəti mərhələdə "İnter", “Şahdağ” - “Şəmkir” cütünün qalibi "Qarabağ"la, “Şərurspor” - “Qaradağ-Lökbatan” cütünün qalibi isə "Neftçi" ilə qarşılaşacaq.

14 oktyabr

Azərbaycan kuboku, 1/16 final

14:00. MOİK – “Turan Tovuz”
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

14:00. “Şahdağ” – “Şəmkir”
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.

20:00. “Şərurspor” – “Qaradağ Lökbatan”
Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov
Bakı. “Bayıl Arena”.

Xəbər 695 dəfə oxundu.