Teymur Rəcəbov rapid üzrə dünya çempionatının gümüş medalını qazanıb
Berlində rapid üzrə dünya çempionatı başa çatıb.

Turnirdə 46 ölkədən 158 şahmatçı, o cümlədən 130 qrossmeyster iştirak edib.

Azərbaycanı çempionatda qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Zaur Məmmədov təmsil ediblər.

Turnirdə keçən il olduğu kimi dünya çempionu Maqnus Karlsen qalib gəlib. Bu dəfə də - İsveçrə sistemi üzrə 15 turdan ibarət yarışda norveçli şahmatçı 11,5 xal toplayaraq inamlı qələbə qazanıb. Rusiyalı Yan Nepomnyaşiy, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və kubalı Lenyer Dominqes ondan bir xal geri qalıblar. Teymur Rəcəbov əlavə göstəricilər üzrə dünya çempionatının bürünc medalçısı olub. Şəhriyar Məmmədyarov 10 xal toplayaraq 5-15 yerləri bölüşüb, lakin əlavə göstəricilər əsasında 10-cu yerdə qərarlaşıb. Qədir Hüseynov 9,5 xalla 24, Rauf Məmmədov 8 xalla 52, Eltac Səfərli isə 54-cü yeri tutub.

Xatırladaq ki, norveçli Maqnus Karlsen klassik, rapid və blits üzrə dünya çempionudur.

Xəbər 625 dəfə oxundu.