Azərbaycan ciu-citsuçuları İranda beynəlxalq turnirdə dörd medal qazanıblar
İranın Ərdəbil şəhərində Braziliya ciu-citsusu üzrə beynəlxalq turnir təşkil olunub.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, İran, Əfqanıstan və Pakistan milli komandaları da mübarizə aparıb.

Yarışda Azərbaycan millisinin üzvləri Əli İsmayılov (50 kq), Samir Səfərli (55 kq), Elməddin Cəfərov (60 kq) qızıl, Ramal Müstafayev (70 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Xəbər 561 dəfə oxundu.