Azərbaycan Finlandiya ilə üz-üzə
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması növbəti oyununu keçirəcək. Yığmamız AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Finlandiya komandası ilə qarşılaşacaq.

Saat 19:00-da başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Milan İliç
Baş hakimin köməkçiləri: Milan Miniç, Srdan Milutinoviç
Dördüncü hakim: Robert Kis Cepegi
(Hakimlər Serbiyadandır)
UEFA nümayəndəsi: Lukas Siotropos (Yunanıstan)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

Xəbər 660 dəfə oxundu.