İki oyunun keçirilmə vaxtı dəyişdirildi
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın 8-ci turunun “Neftçi” – “Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş edib. Bunu və canlı yayımı nəzərə alaraq 8-ci turun oyun proqramında dəyişiklik olunub.

“Neftçi” – “Qəbələ” matçı 18 oktyabrdan 17 oktyabra keçirilib. Canlı yayımla əlaqədar olaraq “Sumqayıt” – “İnter” matçı isə 17 oktyabrda yox, 18 oktyabr tarixində baş tutacaq.

Xəbər 669 dəfə oxundu.