Zəncanda qayaya dırmanacaqlar
Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyasının yığma komandası İrana yola düşüb. İdman.com.az saytı xəbər verir ki, 1-5 fevralda Zəncanda idman qayayadırmanması üzrə “Fəcr Master” kuboku keçirilək. İdmançılar qüvvələrini 3 növ yarışlarda - bouldrinq, sürət və çətinlik üzrə sınayacaqlar. Yığmamızın heyətində Çingiz Tağızadə, Fərzalı Rzayev və Qriqoriy Qontyuk yer almıblar.

Xəbər 2537 dəfə oxundu.