Azərbaycan Kubokunun ilk oyunları bir dəqiqəlik sükutla başlayacaq
Azərbaycan Kubokunun oktyabrın 14-də keçiriləcək ilkin təsnifat oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, ötən gün səhər saatlarında dünyasını dəyişmiş Tovuzun "Turan" klubunun sabiq futbolçusu və məşqçisi Sakit Aliyevin xatirəsi yad olunacaq. MOİK - "Turan", "Şahdağ" - "Şəmkir" və "Şərurspor" - "Qaradağ-Löbatan" qarşılaşmalarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq. S.Alıyevin xatirəsinin Azərbaycan Premyer Liqasının növbəti tur oyunlarında da yad olunub-olunmayacağı hazırda Azərbaycan millisinin oyunu ilə əlaqədar Bolqarıstanda olan PFL prezidenti Ramin Musayevin Bakıya qayıdışından sonra dəqiqləşəcək.

Qeyd edək ki, Sakit Alıyev uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib.

Xəbər 623 dəfə oxundu.