İnterin futbolçuları Almaniya yığmasına qarşı oynadılar
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində D qrupunda yer alan qonşu Gürcüstan yığması həlledici görüşünə çıxıb. Sözügedən komanda səfərdə Almaniya ilə üz-üzə gəlib.

Matç gürcülərin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu görüşdə Bakı "İnter"inin iki futbolçusu - Nika Kvekveskiri ilə Zurab Xizanişvili də meydana çıxıb. Nika start heyətdə meydana çıxıbsa, Zurab 78-ci dəqiqədə məhz onun əvəzində mübarizəyə qoşulub. Almanlar qələbə qolunu da bu dəyişiklikdən sonra vurublar.

Qeyd edək ki, Gürcüstan yığması qrupunda 9 xalla beşinci yeri tutub.

Xəbər 639 dəfə oxundu.