Azərbaycan təmsilçisi “PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turnirində 7-ci yeri tutub
Azərbaycan yığmasının üzvü qrossmeyster Arkadi Naydiç Men adasının paytaxtı Duqlasda başa çatan “PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turnirində 7-ci yeri tutub.

Turnir üç qrupda keçirilib. Arkadi Naydiçin iştirak etdiyi ən güclü “Masters” turnirinin qalibi 9 mümkün xaldan 7-xal yığan Hindistan qrossmeyster Pentala Harikrişna olub. On bir şahmatçı, o cümlədən Azərbaycan təmsilçisi liderdən bir xal geri qaıb.

Beynəlxalq turnirdə 108 şahmatçı, o cümlədən 45 qrossmeyster iştirak edib.

Men adasında turnir İsveçrə sistemi ilə 9 turda keçirilib.

Xəbər 854 dəfə oxundu.