AFFA-nın əməkdaşı “Zorki” – “Atletiko Madrid” oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehdiyeva futbol üzrə qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 1/32 final mərhələsinin oyununa təyinat alıb.

O, oktyabrın 15-də Rusiyanın Ximki şəhərindəki “Rodina” stadionunda keçiriləcək “Zorki” (Rusiya) – “Atletiko Madrid” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

AZƏRTAC

Xəbər 818 dəfə oxundu.