Sürətli şahmat üzrə Dünya Çempionatı
Oktyabrın 10-da Almaniyanın Berlin şəhərində sürətli şahmat üzrə Dünya Çempionatı start götürüb. Çempionat isveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilir. Dünyanın ən güclü şahmatçıları da daxil olmaqla 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli vəNamiq Quliyev təmsil edirlər.

10 turdan sonra Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen və Belarusiya şahmatçısı Sergey Jiqalko hərəyə 8 xal toplayaraq turnirə liderlik edirlər. Həmyerlilərimiz - Rauf Məmmədov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 7 xal toplayaraq 9-11-ci yerləri bölüşdürürlər. Eltac Səfərli və Qədir Hüseynov isə 6 xalla 34-35-ci pillədə qərarlaşıblar. Namiq Quliyev isə aktivinə 3.5 xal yazaraq 131-ci yerdədir.

Sürətli şahmat turniri oktyabrın 12-də başa çatacaq. Oktyabrın 13-14-də isə blits turnir keçiriləcək.

Xəbər 968 dəfə oxundu.