Bolqarıstan millisinə 2 yeni futbolçu çağırılıb
AVRO-2016-nın seçmə qrup mərhələsində oktyabrın 13-də Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan yığmasının heyətinə 2 yeni futbolçu cəlb olunub.Baş məşqçi İvaylo Petev "Ludoqorets"in formasını geyinən müdafiəçi Yordan Minev və yarımmüdafiəçi Svetoslav Dyakovu milliyə dəvət edib.

Həmin futbolçular sarı vərəqə cəzalısı olduqlarından, oktyabrın 10-da Xorvatiyaya qarşı çıxış etməyiblər. İ.Petev isə futbolçuların məşqlərə ara verməmələri üçün onların "Ludoqorets" düşərgəsində hazırlıq keçmələrini məqsədəuyğun sayıb. Minevlə Dyakov dünəndən milli komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Sofiyada keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Xəbər 660 dəfə oxundu.