“İnter”in futbolçusu dünya çempionlarına qarşı 78 dəqiqə oynadı
Bakının “İnter” klubunun futbolçusu Nika Kvekveskiri Gürcüstan yığmasında növbəti oyununu keçirib. Yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin son turunun iştirakçısı olub.

Nika gürcüstanlıların Almaniya ilə səfər qarşılaşmasında meydana çıxıb. Start heyətində yer alan futbolçu 78-ci dəqiqədə əvəzlənib. “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə dünya çempionlarına 1:2 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra Gürcüstan yığması D qrupunda 5-ci olub. Nika isə hesabında 9 xal olan qonşularımız heyətində 2 oyun keçirib. O, Cəbəllütariqlə 3 gün əvvəlki oyunda (4:0) 90 dəqiqə meydanda olmuşdu.

Xəbər 666 dəfə oxundu.