İvaylo Petev: Azərbaycanla oyundan sonra postumda qalıb-qalmayacağıma qərar verəcəyəm
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev bəyan edib ki, postunda qalıb-qalmayacağına AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyundan sonra aydınlıq gətirəcək. O, bunları söyləyib:

"Xorvatiya ilə oyunda (0:3) bir neçə kobud səhvə yol verdik. Xüsusilə də birinci qol epizodu zamanı. Şübhəsiz ki, mən bu oyundan razı qala bilmərəm. Yığmanın baş məşqçi postunda qalıb-qalmayacağıma Azərbaycanla oyundan sonra baxarıq. Amma hazırda bu işin altına girdiyimə görə təəssüflənmirəm".

Xəbər 700 dəfə oxundu.