Bədavi Hüseynov da Sofiyaya yola düşdü
Azərbaycan yığması bu gün Bolqarıstana yola düşüb. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sözügedən ölkənin yığması ilə həlledici oyuna çıxacaq millimiz səfərə çarter reysi ilə yollanıb.

Qeyd edək ki, İtaliya ilə oyunda qırmızı vərəqə alaraq, cəzalı vəziyyətə düşən Bədavi Hüseynov da Sofiyaya gedib. Komanda ilə birgə səfərə gedənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev də var.

Xəbər 695 dəfə oxundu.