Robert Prosineçki Sofiyada jurnalistlərlə qarşılaşacaq
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan oyunundan öncə baş məşqçilərin mətbuat konfransları təşkil olunacaq. Millimizin çalışdırıcısı Robert Prosineçki oktyabrın 12-də Sofiyada jurnalistlərlə görüş keçirəcək.

Bu tədbir "Vasil Levski" stadionunda baş tutacaq və Bakı vaxtıyla saat 23:15-də start götürəcək. Bundan yarım saat sonra isə millimizin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq son məşqi başlayacaq.

Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də "Vasil Levski" stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.

Xəbər 694 dəfə oxundu.