AFFA azarkeşlərə təşəkkür etdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası AÇ-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyunu zamanı millimizi stadionda dəstəkləmiş azarkeşlərin hər birinə minnətdarlığını bildirir. AFFA bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilir ki, azarkeşlər bu oyunun təşkilati işləri ilə bağlı hər hansı narazılıq və təklifləri olarsa, info@affa.az ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sözügedən oyunda millimiz 1:3 hesablı məğlubiyyətə üzülüb.

Xəbər 739 dəfə oxundu.