Neftçi Rəvana məğlub oldu
"Neftçi"nin əsas və əvəzedici komandaları yoxlama oyunu keçiriblər. Samir Əliyevin yetirmələri "Bədən Tərbiyəsi və İdman Akademiyası"nın stadionunda "Rəvan" klubu ilə qarşılaşıb.

Əsas heyətdən 10 futbolçunun iştirak etmədiyi matçda məşqçilər heyəti, bu mövsüm daha az forma geyinmiş futbolçulara və əvəzedici komandanın bəzi üzvlərinə şans veriblər. Görüş "Rəvan" klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin əvəzedici komandası isə "Qarabağ" klubu ilə qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb - 0:0.

Xəbər 702 dəfə oxundu.