Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləş yarışları başa çatıb
Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləş yarışları başa çatıb.

Yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edib. Güləş yarışlarının son günü 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

85 kq-da mübarizə aparan Soltan İsmayılov ilk görüşdə İrandan Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə son Dünya çempionatının qızıl medalçısı Ukrayna təmsilçisi Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə Rusiya təmsilçisi Aleksey Mışinə məğlub olan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarını 5-ci sırada tamamlayıb.

Xatırladaq ki, Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında iştirak edən güləşçilərimizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.

85 kq
1/8 final - Soltan İsmayılov - Davud Əkbəri (İRİ) 9:1
1/4 final - Soltan İsmayılov - Zhan Beleniuk (UKR) 0:8
Təsəlliverici görüş - Bouki İlias (GRE) - Soltan İsmayılov 5:0 (tuşe)
Bürünc medal görüşü - Soltan İsmayılov - Aleksey Mişin (RUS) 2:7

Xəbər 653 dəfə oxundu.