Qəbələnin forvardı Londonda uduzdu
Estoniya yığmasının və "Qəbələ"nin hücumçusu Sergey Zenyov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İngiltərəyə qarşı oyunun iştirakçısı olub. Premyer Liqamızda top qovan futbolçu Londonda baş tutan görüşdə 90 dəqiqə meydanda olub.

Qarşılaşma isə estonların 0:2 hesalı məğlubiyyəti ilə başa çatıb. Estoniya yığması hazırda 10 xalla qrupda dördüncü pillədə qərarlaşıb.

Xəbər 693 dəfə oxundu.