​FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası oktyabrın 20-nə təyin olunub
FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası oktyabrın 20-nə təyin olunub. İclas Sürixdə keçiriləcək.

Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

İlkin olaraq FİFA prezidenti seçkiləri 26 fevral 2016-cı il tarixinə planlaşdırılmışdı.
Bu həftə qurumun Etika Komitəsi təşkilat rəhbəri Yozef Blatter, baş direktor Jerom Valke və FİFA prezidentliyinə namizədlərdən biri olan UEFA prezidenti Mişel Platinini tutduğu vəzifədən kənarlaşdırıb.

Xəbər 621 dəfə oxundu.