“Sumqayıt” futbol klubu məşqləri bərpa edib
“Sumqayıt” futbol klubunda baş məşqçi dəyişikliyindən sonra komanda məşqlərini bərpa edib.

“Kapital Bank Arena”da keçirilən hazırlıq mərhələsində əsas komandanın 3 üzvü Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev iştirak etməyib. Qeyd edək ki, hər 3 futbolçu U-21-in düşərgəsində yer almaqdadır. Hazırkı heyətdə zədəli futbolçu yer almır.

Xatırladaq ki, “Sumqayıt”ın A komandasının baş məşqçisi vəzifəsinə bir neçə gün bundan əvvəl Samir Abbasov təyin olunub və o, ilk məşqə çıxıb.

AZƏRTAC

Xəbər 870 dəfə oxundu.