İngiltərə və İsveçrə Avro-2016 çempionatının final mərhələsinə vəsiqə qazanıb
Futbol üzrə İngiltərə yığması Avro-2016 çempionatının seçmə mərhələsində ardıcıl olaraq 9-cu qələbəsini qazanıb.

Oktyabrın 9-da “Wembley” stadionunda keçirilən oyunda İngiltərə komandası Estoniyanı 2:0 hesabi ilə məğlub edib. E qrupunun digər oyunlarında Sloveniya Lyublyanada Litva ilə heç-heçə edib, İsveçrə isə öz meydanında San-Marino üzərində 7:0 hesablı qələbə qazanıb.

Doqquz turdan sonra qrupda 27 xal toplayan İngiltərə və 18 xal toplayan İsveçrə Avro-2016 çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oktyabrın 12-də keçiriləcək son turda Litva İngiltərə, Estoniya İsveçrə, San-Marino isə Sloveniya ilə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 675 dəfə oxundu.