Berlində rapid və blits üzrə dünya çempionatları başlayır
Oktyabrın 9-da Almaniyanın paytaxtında rapid və blits üzrə dünya çempionatları start götürəcək.

Turnirlərdə təqribən 200 şahmatçı, o cümlədən 161 qrossmeyster iştirak edir. Azərbaycan 7 şahmatçı ilə təmsil olunur.

Planetimizin ən güclü şahmatçısı Maqnus Karlsen yarışlara dünya çempionu statusunda başlayacaq. Onunla dünyanın bir sıra aparıcı qrossmeysterləri və şahmatçıları, o cümlədən azərbaycanlı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Quliyev, Zaur Məmmədov mübarizə aparacaqlar.

Rapid üzrə dünya çempionatı oktyabrın 10-12-də keçiriləcək. 15 turdan ibarət turnirin hər partiyasına 15 dəqiqə + hər gedişə 10 saniyə vaxt veriləcək. Blits turnir isə oktyabrın 11-12-də 3+2 vaxt nəzarəti ilə keçiriləcək və 21 turdan ibarət olacaq.

Yarışların ümumi mükafat fondu 400 min dollardır.

Xatırladaq ki, hazırda klassik şahmat, rapid və blits üzrə dünya çempionu norveçli Maqnus Karlsendir. O, Almaniyanın paytaxtında bu titullardan ikisini saxlamaq uğrunda mübarizə aparacaq.

Xəbər 589 dəfə oxundu.