Azərbaycan təmsilçisi “PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turnirində liderliyini davam etdirir
Azərbaycan şahmat komandasının üzvü Arkadi Naydiç Men adasında keçirilən turnirdə uğurlu iştirakını davam etdirir.

Men adasının paytaxtı Duqlasda “PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turniri üç qrupda davam edir.

Ən güclü iştirakçılar arasında Azərbaycan təmsilçisi Arkadi Naydiç də var.

Beynəlxalq turnirin “Masters” qrupunda altı turdan sonra hərəyə 5 xal toplamış Arkadi Naydiç, fransız Loran Fressine, hindistanlı Pentala Harikrişna və ingilis Naycel Şort liderlik edirlər. Yeddi oyunçu onlardan yarım xal geri qalır.

Yeddinci turun püşkatmasının nəticələrinə görə A.Naydiçin növbəti rəqibi P.Harikrişna olacaq.

Beynəlxalq turnirdə 108 şahmatçı, o cümlədən 45 qrossmeyster iştirak edir. Birinci mükafat 10 min funt sterlinqdir. Qadın şahmatçıların turnirində isə birinci mükafat 3 min funt sterlinqdir.

Men adasında turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.

Xəbər 701 dəfə oxundu.