Daha bir taekvondoçumuz dünya oyunlarının medalını qazanıb
Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbiçilərin VI dünya oyunlarında böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandasının daha bir üzvü medal qazanıb.

Yarışlarda səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan Ayxan Tağızadə (68 kq) əvvəlcə Harkourt Lordenə (Kanada), ardınca Edqar Kontrerasa (Venesuela) şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Birinci Avropa Oyunlarının qalibi yarımfinalda İtaliya təmsilçisi Kladio Treviso ilə qarşılaşmada da inamlı qələbə qazanaraq finala yüksəlib. Lakin idmançımız həlledici döyüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bu taekvondo millimizin dünya oyunlarında qazandığı ikinci medaldır. Bundan əvvəl Radik İsayev (87 kq-dan yuxarı) yarışların bürünc mükafatına sahib olmuşdu.

Oktyabrın 11-də yekunlaşacaq yarışlarda Azərbaycanı 7 taekvondoçu təmsil edir.

Xəbər 710 dəfə oxundu.