Bakının “Rəvan” klubu iki futbolçu ilə yollarını ayırıb
Bakının “Rəvan” klubu iki futbolçu ilə yollarını ayırıb.

Bakı təmsilçisi Syerra-Leoneden olan Samuel Barla və özbəkistanlı Alibobo Raxmatullayevi heyətindən kənarlaşdırıb. Hər iki futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Buna səbəb futbolçuların hazırlıq səviyyəsinin aşağı səviyyədə olması ilə əlaqələndirilir.

Komanda Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoxlama oyununda qüvvəsini sınayıb. “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşan komanda rəqibini darmadağın edib - 5:1.

Xəbər 691 dəfə oxundu.