Sumqayıt məşqləri bərpa etdi
"Sumqayıt"da baş məşqçi dəyişikliyindən sonra komanda məşqlərini bərpa edib. Dünən A komandanın çalışdırıcısı təyin olunan Samir Abasov axşam saatlarında komandaya təqdim olunduqdan sonra komanda ilk məşqinə çıxıb.

Bu gün səhər "Sumqayıt" FK növbəti məşqini keçirib. "Kapital Bank Arena"da baş tutan hazırlıq mərhələsində əsas komandanın 3 üzvü Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev iştirak etməyib.

Qeyd edək ki, hər 3 futbolçu U-21-in düşərgəsində yer almaqdadır. Hazırkı heyətdə zədəli futbolçu yer alımır.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyunu oktyabrın 17-də doğma arenada "İnter"ə qarşı keçirəcək.

Xəbər 694 dəfə oxundu.