Azərbaycan - İtaliya matçına 40 min bilet satılıb
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir. Artıq bu oyuna 40 000 bilet satılıb.

Lakin bu göstərici oyun saatına qədər arta bilər.

Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Sözügedən arena 69 800 azarkeş tutur.

Xəbər 674 dəfə oxundu.