"Qəbələ"nin hücumçusu Bosniya və Herseqovina yığmasında zədələnib
"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib. Çiynindən zədə alan 27 yaşlı hücumçu AVRO-2016-nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək.

Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb.

Xəbər 698 dəfə oxundu.