“Sumqayıt” FK-nın yeni məşqçisi komanda üzvlərinə təqdim olunub
“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclasında komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsi qəbul edilib. Şura üzvləri iclasda Aqil Məmmədova minnətdarlığını bildirərək, ona gələcək karyerasında uğurlar arzulayıblar.

A komandanın baş məşqçi vəzifəsinə Samir Abbasov təyin olunub və o, komanda üzvlərinə təqdim edilib.

AZƏRTAC

Xəbər 719 dəfə oxundu.